Zərdüşt


Zərdüşt - Zərdüştlük dininin yaradıcısı, peyğəmbəri və dini reformator. İndiki İranın şərqində b.e.ə. X-VI əsrlər aralığında (bəzi mənbələrə görə b.e.ə. 630- 553-cü illər) yaşaması ehtimal edilir. Bəzi mənbələrdə Zərdüştün doğuldğu yer kimi Türküstan ellərini göstərərək atasının Atropatenalı (cənubi Azərbaycanlı) olması qeyd edilir (əl-Şahrəstani, X əsr İslam alimi). Avestanın özündə (Yasna 9:17) Zərdüştün doğum yeri kimi gəstərilən Ērān Wēj adlı yerin orta əsrlər Arranın, müasir dövr Azərbaycan Respublikasının ərazisində olması böyük ehtimalla qeyd olunur.Avesta- Qatlar bizə Zərdüştün tarixi şəxsiyyət olması barədə məlumat verir. Avestanın qatlarında verilən moizə-nəğmələrdə Zərdüşt təbiət qüvvələrinə sitayiş edən qədim Ariya (İran)dinlərinin əsaslarını ciddi şəkildə tənqid edir, qanlı qurbanlara və "xaum" ayinin həyata keçirilməsinə qarşı çıxır. Öz moizələrində Zərdüşt təbitətcə bir-biriniə zidd və daima mübarizə aparan iki qüvvə - Xeyir və Şəri kainatın iki başlanğıc varlıqları kimi qələmə verir. İnsanlara Xeyrə tabe olub (xeyrli işlər görüb) Şərdən qaçmağı təbliğ edirdi.

1 yorum:

Adsız dedi ki...

Zərdüşt və zədüştçülük haqqında
mitra.azeriblog.com bloguna müaciət etmənizi məsləhət bilirəm