Miletli Fales




Qədim Yunanıstanda ilk filosof sayılan Miletli Faleslə (b.e.ə. 7-ji əsrin sonu - 6-jı əsrin ilk yarısı) Sokratın (b.e.ə. 469-399) arasında az qala iki əsr keçsə də, fəlsəfədə onlar arasında təlimləri ilə bir-birindən bəzən seçilməyən ən çoxu 10-15 mütəfəkkir mövjuddur. Onların heç biri fəlsəfədə və tarixdə Sokrat qədər məşhur sima, həm də Sokrat qədər xalis filosof olmasalar da, bəşəriyyətin intellektual-mənəvi həyatının zirvə sahəsi olan fəlsəfəni yaradanlardır və bəzilərinin misilsiz uğurları indi də hər kəsi heyrətləndirə bilər. Ən başlıjası, məhz bu mütəfəkkirlərlə sözün indiki anlamında olan fəlsəfə yaranmağa başlamış, fəlsəfə dünyanın dini və mifik izahından ayrılan yeni bir düşünjəni ortaya qoyaraq, elmdən də ayrılaraq müstəqilləşməkdə idi. Biz yuxarıda fəlsəfənin sırf yunan ixtirası olub-olmaması məsələsinə də toxunduq. Belə qənaətə gəldik ki, fəlsəfə, elə elm də daha qədim sivilizasiyaları yaşamış Şərqdən təsirlənərək, eyni zamanda, daha qədim yunanların təfəkküründəki uğurlardan qaynaqlanaraq formalaşsa da, məhz qədim Yunanıstanda dini, mifik, elmi baxışlardan ayrılaraq ayrıja bir intellektual-mənəvi fəaliyyətə çevrildi. Bu yüksək uğuru heç vaxt kiçiltmək olmaz. Sokrata qədərki fəlsəfədə də eyni proseslər gedir, ən müxtəlif qaynaq və uğurlar birləşir, fəlsəfi fəaliyyət və onun nətijələri insan həyatının zərurətinə çevrilir, status qazanırdı.
İlk yunan filosofu Fales həm də alim idi. Həndəsədə adına çıxılan bir çox teoremləri və ölçmələri, o, misirlilərdən və babilistanlılardan əxz etmişdi. Lakin özünün də bir çox tapıntıları vardı: məsələn, sahildən dənizdə üzən gəmiyə qədərki məsafəni oradakı iki müxtəlif məntəqədən müşahi­də aparmaqla ölçmək...
Fales fəlsəfə üçün çox böyük əhəmiyyəti olan bir ideya irəli sürdü. O, hər şeyin sudan yarandığını dedi. Bu fikir indi çoxlarına gülməli də görünə bilər. Lakin Fales bu fikirlə ilkin substansiya anlamını və ideyasını yaratdı. Bununla bütün hər şeyi əhatə edən vahid baxışla dünyanın izah edilməsinə maraq oyatdı. "Bütün şeylər Allahla doludur" - deməklə Falesin dünyanın konseptual izahına jəhdləri dönülməz bir prosesə çevirdiyini iddia etsək, səhv etmərik.

Hiç yorum yok: