İmmanuel Kant
Həyatı
Kasıb yəhərçi ailəsində doğulmuşdur. Adı müqəddəs İmmauelin şərəfinə verilmişdir. Teoloq doktor Frans Albert Şulsun təkidi ilə İmmanuel "Fridrixs-Kolleqium" gimanziyasının bitirib, daha sonra Könniqsberq Universitetinə daxil olmuşdur. Atasının vaxtsız vəfatı ona universiteti bitirməyə imkan vermədir və İmmanuel cəmi 10 yaşında ev müəllimliyi etməyə başlayır.
1755-ci ildə Kant dissertasiyasını müdafiə edir və doktoluq dərəcəsini aldığı üçün Universitetdə müəllim kimi dərs demə ixtiyarı əldə edir.
1770-1797-ci illərdə Kant Universitetdə daha geniş sahədə- fəlsəfə elmləri, riyaziyyat elmləri, fizika elmləri sahəsində müəllimlik edir.
Sağlamlığının həssas olması ücbatından o özünü çox ciddi rejimdə işləməyə məhkum etmişdi. Bunun sayəsində o əksər dostlarından daha çox yaşamışdır.
Heç vaxt ailəli olmamışdır.
Fəlsəfəsi, yaradıcılığı
İmmanuil Kant fəlsəfədə çevriliş etmişdir. O, idrakı öz qanunları ilə cərəyan edən fəaliyyət hesab etmişdir. İlk dəfə olaraq fəlsəfədə dərk edilən substansiyanın strukturunu deyil, idrakın predmet və üsulunu müəyyən edən, başlıca amili dərk edilən subyektin spesifikası nəzərdən keçirilmişdir.
Kant qnoseologiyanı əsas fəlsəfə etdi, onun predmeti isə nə təbiət, nə dünya, nə də insan idi. Qnoseologiyanın predmeti subyektin idraki fəaliyyəti, həmçinin insan əqlinin qanunları və onların hüdudularının müəyyən edilməsi hesab olundu. Ontologiyanın (XVII əsr rasionalizm ideyaları) yerinə Kant qnoseologiyanı qoydu, substansiyanın metafizikasından subyektin idraki qabiliyyətinin tənqidi təhlilinə keçdi.
Kantın məşhur əsərləri:
"Təmiz idrakın tənqidi"
"Əməli idrakın tənqidi"
"İdrakın gücünün tənqidi" hesab olunur.
"Təmiz idrakın tənqidi"ndə idrak prosesini təhlil etmiş və apriori (təcrübəyə qədər) bilik anlayışını yaratmışdır.
Kanta görə, xarici aləm hisslər materiyasını verir, lakin bizim əqlimiz həmin materiyanı məkan və zamanda qaydaya salır, eləcə də anlayış hazırlayır ki, həmin anlayışın köməyi ilə biz təcrübəni başa düşürük. Bizim hisslərimizin səbəbi olan dünya özündə şeydir və dərkedilməzdir. Bu dünya, yəni şey özündə məkan və zamanda yerləşmir və substansiya deyildir. Məkan və zaman subyektivdir, onlar subyektin qavrayışı məhsullarıdır (əgər biz mavi eynək taxırıqsa, o zaman bizə hər şey mavi görünür. Biz elə bil əqlimizdə məkan eynəkləri taxırıq və sonra düşünürük ki, məkanda hər şeyi görürük. Beləliklə, həndəsə bu mənada apriordur ki, bütün qavranılan hər şeyin həqiqəti olmalıdır, lakin bizim qavramadığımızın analoji olaraq belə olduğunu qəbul etməyə haqqımız yoxdur. Kantın fikrincə, idrak prosesinin çətinliyi qarşılıqlı olaraq bir–birini rədd edən əql mühakimələri (daha dəqiq desək, antinomiyalar) doğurur. Onların hər biri həqiqi kimi sübut oluna bilər. Kant belə antinomiyalardan 4–nü misal gətirir (onların hər biri tezis və antitezisdən ibarətdir):
Birinci antinomiya: "Dünya zamanda başlanğıca malikdir və yalnız məkanda məhduddur" (tezis). "Dünya zamanda başlanğıca malik deyil və məkanda sonsuz-dur. O, həm məkanda, həm də zamanda sonsuz"dur (antitezis).
İkinci antinomiya: sübut edir ki, hər bir mürəkkəb substansiya sadə hissələrdən həm ibarətdir, həm də ibarət deyildir.
Üçüncü antinomiya: iki növ səbəbiyyət mövcudur; biri təbiətin qanunlarına müvafiq gəlir, digəri azadlığa (tezis); təbiətin qanunlarına müvafiq gələn səbəbiyyət mövcuddur (antitezis).
Dördüncü antinomiya: sübut edir ki, mütləq zəruri varlıq həm mövcuddur, həm də mövcud deyildir.
Kantın antinomiya haqqında təlimi Hegelə böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, onun dialektikası antinomiyalar yolu ilə qurulmuşdur.
Kantın etikası, yaxud əqlin əməli tətbiqi təlimi "Əməli idrakın tənqidi" və qısa şəkildə desək, "Proleqomenlər" əsərlərində nəzərdən keçirilmişdir. Kantın etikası tarixi– fəlsəfi əhəmiyyətə malikdir ki, burada da "qəti imperativ" mühüm yer tutur. Məsələ burasındadır ki, Kantı əxlaqa utilitar yanaşma təmin etmirdi. Çünki burada əxlaqın məqsədləri onun özündən kənarda hesab olunur. O, tam təcrid olunmuş əxlaq metafizikasını əldə etməyə çalışırdı. Özü də bu əxlaq nə teologiya, nə də başqa bir şeylə şərtlənmir. Kant hesab edirdi ki, bütün əxlaqi anlayışlar öz yeri və mənşəyinə görə əqldə tam aprioridir. Əxlaqi dəyərlər insanın borc hissindən çıxış edərək fəaliyyət göstərdiyi zaman mövcud olur. Həm də borcu tələb etdiyi səviyyədə olan fəaliyyət kifayət deyildir. Tacirin düzlüyü əgər onun marağı ilə şərtlənirsə o, yaxşı hesab oluna bilməz. Əxlaqın mahiyyəti qanun anlayışından çıxarılmalıdır. Qanun əqlin əmridir, əmrin formulu isə imperativ adlanır. Kanta görə iki imperativ var:
Şərti imperativ (siz filan– filan məqsədə çatmaq istəyirsinizsə, filan– filan işləri görməlisiniz)
Qəti imperativ apriordur. Qəti imperativ müəyyən fəaliyyət tipi məqsədə münasibətsiz obyektiv olaraq zəruridir.
"Proleqomenlər..."də yazırdı: "Antropologiyaya məxsus olan tam şəkildə empiriklikdən təmizlənmiş təmiz əxlaq fəlsəfənin işlənib hazırlanması olduqca zəruridir..." Əxlaqi qanun mütləq zərurətdir: "yalan danışma" nəsihəti, məsələn, təkcə adamlar üçün gerçəklik deyil, ümumiyyətlə ağıllı canlıların hamısı üçün vacibdir. Deməli, borcun əsasını təkcə insanın təbiətində deyil, yaxud onun sürüldüyü şəraitdə deyil, əksinə, a prioridə sırf şəkildə təmiz idrakın anlayışlarında axtarılmalıdır.
Yalnız bir qəti imperativ var ki, o da Kanta görə aşağıdakı kimidir: "Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası ümumi qanun ola bilsin". Yaxud da "Elə hərəkət et ki, sənin iradənin əxlaq qaydası eyni zamanda ümumi qanun-vericilik prinsipi qüvvəsinə malik olsun". Kant bunu belə aydınlaşdırırdı. Pul borc almaq düzgün deyil. Çünki hamı borc alarsa, pul qalmaz. Beləliklə, qəti imperativ tərəfindən oğurluq, adam öldürmək və s. mühakimə olunurdu. Bu və ya digər hərəkət yalnız o zaman əxlaqi hesab olunurdu ki, bu hamı üçün qanuna çevrilə bilsin. Kantın insanın borcu və ləyaqəti haqqındakı mühakimələri də bununla əlaqədar idi. Belə bir sual verilirdi: insan üçün qiymətli nədir? Ləyaqət, yoxsa həzz? Ləzzətdə, həzzdə keçən həyat heç bir qiymətə malik deyildir. Öz ləyaqətini qoruyan insan hər şeyi, hətta həyatını itirməyə hazırdır. Ləyaqətin mənbəyi və şərhləri nədir? Bu, insanın özünün özü üzərində yüksəlməsidir. İnsan borcunu başa düşərək yaşayır və fəaliyyət göstərir. Deməli, o, həzz xatirinə yaşamır.
Kantın konsepsiyasının təhlilinin sonunda qeyd edə bilərəm ki, o, cəmiyyət haqqında da maraqlı fikirlər söyləmişdir. Onun "Əbədi sülh haqqında" traktatında azad dövlətlər federasiyasının yaradılması ideyası irəli sürülmüşdür. Həmin dövlətlər müharibəni qadağan edən müqavilələr bağlayırlar. Əql müharibəni mühakimə edir, onu aradan qaldırmaq isə Beynəlxalq hökumətin işidir. Ayrı– ayrı dövlətlərin vətəndaş konstitusiyaları respublikaçı olmalıdır.
Kant fəlsəfəsi, Hegel, Fixte, Şiller, Feyerbax və s. klassik alman fəlsəfəsi nümayəndələrinin işlərinə güclü təsir etmişdir.
Hiç yorum yok:
Yorum Gönder