Xurafat, Batil Etiqad və Din
Filosof - oyanan və danışandır
M.Ponti
Bu anlayışların mənası tez-tez bir-birinə qarışdırılır, onlar bəzən lüzumsuz yerə fərqləndirilir, bəzən də, əksinə, eyniləşdirilir. Bu yazıda mən onların implikasiyalarını verməyə çalışacağam. Xurafat - elmi izahı olmayan, amma buna baxmayaraq inanılan, əməl edilən səbəb-nəticə əlaqələridir. Səbəb-nəticə əlaqəsinə elmi dildə kauzalistika deyirlər. Xurafat qeyri-elmi kauzalistikadır. Məsələn: axşam vaxtı dırnaq tutmaq ömrü qısaldar; qarşıdan keçən qara pişik uğursuzluq gətirər; bəd xəbər eşidəndə, kiş-kiş deyib, qulağın məməsini dartanda bəd şeylər adamdan uzaq olar; qaşıq yerə düşəndə evə qonaq gələr; süfrədə dik durmuş çörəyi yıxıb böyrü üstə qoymasan, kasıblıq ola bilər (sanki çörək qalxıb süfrədən getməyə hazırlaşır) və s. və i. Bunlar xalqımızın inandığı kauzal əlaqələrdən bir neçəsidir. Təbiətdəki hadisələrin elmi izahını verə bilməyən, təbii kauzalistikadan baş çıxarmayan qədim insan, məsələn, ovdakı uğursuzluğu ilə qarşısından keçmiş qara pişik arasında səbəb-nəticə əlaqəsi qururdu. Xurafat insanlığın keçmişidir və ona bütün mədəniyyətlərdə təsadüf edilir. İnsanlıq minillərlə bu sabit izahlarla yaşamış, onlara inanmışdır. "Xurafat" sözü ərəblərin Uzlə qəbiləsindən Xurafə adlı şəxsin adından götürülüb. Xurafə inanılmaz şeylər danışarmış. "Hədisi-Xurafə" Xurafədən qalma, elmi-məntiqi izahı olmayan, ağlabatmaz fikirlər, səbəb-nəticə əlaqələri və proqnozlar deməkdir. Xurafat müstəqil də yaşaya bilər, hansısa dinin içində də. Dini xurafata batil etiqad deyirlər. Yəni xurafatın dini terminologiyadakı adı batil etiqaddır. Batil etiqad sitayiş edilən xurafatdır. "Batil etiqad" sözünə biz qədim çoxallahlı Yunan mədəniyyətində "deisidaimonia" şəklində təsadüf edirik. Mənası allahlara əqli sitayiş əvəzinə, onlardan köləcəsinə qorxmaq deməkdir. Allahlardan qorxub mömin olan "deisidaimon" adlandırılırdı. Ayıq-sayıq, səmimi və cəsarətli qədim yunan mütəfəkkirləri allahların istəklərinə qorxu ilə tabe olmağı məqbul saymır, kütləni ağıl və anlama yoluna çağırırdılar. "Batil" sözü ərəbcə səhv, yalan, boş, haqsız, əsassız, puç deməkdir. "Batil etiqad" maarifçi fəlsəfənin dinə verdiyi addır. Qısaca mənası o deməkdir ki, elmə etiqad etməyən, batilə etiqad edir, elmi izahlar olan yerdə dini izahlar puçdur. XVII əsr Qərbdə feodalizmdən kapitalizmə keçidi gerçəkləşdirən sənaye inqilabının, modern elmlərin və maarifçilik fəlsəfəsinin meydana gəldiyi əsrdir. Bu əsrdə yerüzündə ilk dəfə olaraq təbiətin kauzalistikası rasional yolla izah edilməyə başladı. Bu, o demək idi ki, hadisələrin gedişatına, təbii kauzalistikaya sizin nəziriniz, duanız, neçə illik ibadət həyatınız, mənəvi baxımdan alicənab olmağınız, Allahın gözlənilmədən müdaxiləsi və s. heç bir təsir göstərə bilməz. Yəni xəstələnmisinizsə, bunun səbəblərini təbiətin kauzalistikasında axtarmaq lazımdır, bəd nəzərdə yox və müalicə üçün də pirə yox, həkimə müraciət etmək lazımdır. Bu mövzuda belə bir lətifə də var: Batmış gəminin kapitanı xilas olmuş bir neçə sərnişini bir ateistə göstərib deyir: "Bunlar dua edib, xilas oldular". Ateist isə belə deyir: "Bəs siz mənə dua edib batanları necə, göstərə bilərsinizmi?". Maarifçi fəlsəfənin zirvəsi sayılan Kant insan ağlına (ratioya, rasioya) qarşı dinin, insana qarşı Allahın şərəfləndirilməsini batil hesab edərək, dinlə batil etiqadı eyniləşdirdi. Maarifçi fəlsəfəyə görə ağlın söndürüldüyü ya da hələ oyanmadığı hər yerdə mühakimələrə xurafat və mövhumat hakimdir. Başqa sözlə, elmdən sonra din batildir. Maarifçi fəlsəfənin kəskin prinsipial mövqeyi bundan ibarət idi. Maarifləndirmə dinin psevdoizahlarına qarşı kütləvi elmi savadlandırma demək idi. Qori seminariyası bu məqsədlə qurulmuşdu və bu seminariyada din dərsləri tədris olunmurdu, çox təbii olaraq. Xalqımızın Sabirin dilindən "Oxutmuram, əl çəkin!" deməsi səbəbsiz deyildi. (Ancaq bu gün orta məktəblərdə din dərslərinin tədrisinə başlamaqdan söhbət gedir). Axundovlar, bakıxanovlar, zərdabilər, sabirlər, mirzə cəlillər bu dünyagörüşün sahibləri idilər. Ancaq bəzilərimiz hələ də inanır ki, bu ulu şəxsiyyətlər guya əslində xurafatla (mövhumatla) mübarizə aparırmışlar, dinlə yox. Mən də bir ekspert kimi izahat verirəm ki, maarifçi fəlsəfədə onların arasında fərq qoyulmur. Din xurafat, mövhumat və batil etiqad deyilsə, görəsən o, nədir? Bəzən deyirlər ki, mən dinin köhnə tənqidlərinə qayıdıram, vaxtilə dinə qarşı səslənmiş tənqidi fikirləri dirildirəm və buna görə də geridə qalmışam. Belələri unudurlar ki, axı din də geri qayıtdı. Belə olan halda, əks-təsir kimi ona tənqidlər də dirilməli idi. Dini mövqenin məğlubedilməzliyini iddia edənlər unutmamalıdırlar ki, dinin tənqidləri də zəifləməmişdir, azalmamışdır. Üstəlik, bu tənqidlər səhv arqumentlər deyildilər ki, onları tarixin arxivinə ataq. Əsl din hardadır? Əksər dindarlar yeri gələndə öz mövqelərinin təsdiqi kimi bir milyarddan çox inanan insan kütləsini arqument kimi göstərirlər, bu kütləyə sahib çıxırlar. Amma eyni zamanda da əsl dinin ayrı şey olduğunu, onu cahil adamların, kütlənin etiqadı ilə eyniləşdirməyin doğru olmadığını söyləyirlər. Bu, nə məntiqdir belə? Essensializm sona çatmış, öz yerini eksistensializmə və praqmatizmə vermişdir. Bu, o deməkdir ki, bir şeyin nə olduğuna cavab axtararkən onun zamandan və məkandan kənar mahiyyəti və mənasını deyil, onun konkret situasiyada nə iş gördüyünə, nə etdiyinə, hansı funksiyanı yerinə yetirdiyinə baxılmalıdır. Bir şeyin mahiyyətinin "əslində" nə olduğunu axtaran essensialist yanaşma daha aktual deyildir. Tutalım, iki yaşlı körpə uşağı zorlayan və sonra da onu diri-diri yandıran bir manyakın valideyni məhkəmə salonunda fəryad edib, "mənim övladım əslində belə deyil!" desə, bu nəyi dəyişdirər ki? O manyakın "əslində" necə adam olması indi kimin nəyinə lazımdır axı? Məntiq elmində bir mühakiməni isbat edərkən isbatda mühakimənin özündən dəlil kimi istifadə etməyə qapalı dairə adı verilir. Məsələn, mən deyirəm: "Mənim müəllimimin bu fikri necə səhv ola bilər, axı o özü dedi ki, bu fikir düzdür". Məntiqdə qapalı dairə yolverilməz hesab olunur və dairəvi isbatlar psixoloji effekt yaratmaqdan başqa heç bir işə yaramayan yalançı isbatlar sayılır. Necə ki, hüquqda özünün-özünə şahid olmağına icazə verilmir. Tarix elmdir. O, öz predmetini konkret zaman və məkan daxilində demarkasiya edir (məhdudlaşdırır). Məsələn, "cırtdan təpəgözü öldürmüşdür" xəbəri tarix elmi üçün fakt deyildir. Çünki bu xəbərin konkret obyekti yoxdur, o mücərrəddir. Miflərdə -dı,-di,-du,-dü kimi psevdokeçmiş zaman ifadələri əslində konkret heç bir zamanı göstərmir, sadəcə psixoloji effekt yaradır. Məsələn, "Məlikməmməd divə dedi" xəbərində "dedi"dən məlum olur ki, bu hadisə keçmişdə olub, amma konkret nə vaxt? Tarix elmi mifik zamanla məşğul olmur. Mifik qəhrəmanlar da tarix kitablarına salınmırlar. Məsələn, siz heç bir tarix kitabında Məlikməmmədin adına rast gəlməzsiniz. Amma bəlkə də nağıl qəhrəmanı Məlikməmmədin doğrudan da xalqa zülm edən hansısa "divi" öldürmüş Məlikməmməd adlı prototipi olmuşdur. Amma tarix elmi bunu bilmir. Bəs əgər olmayıbsa və Məlikməmməd tamamilə artefaktdırsa, onda necə? Ona görə də Məlikməmməd tarixi, yəni elmi qəhrəman yox, nağıl qəhrəmanıdır. Tarix elminin qeydiyyata aldığı tanınmış peyğəmbərlər bunlardır: Zaratustra (Zərdüşt), Musa, İsa, Muhamməd, Buddha, Lao Tse, Mahavira, Konfutsi. Burada məsələn, Adəmin adı yoxdur. Xahiş edirəm, heç kim məndən inciməsin, tarix adlı elm üçün Adəmlə Məlikməmməd arasında heç bir fərq yoxdur. Təkrar edirəm, mifik-dini rəvayətlər tarix elminə daxil deyildir. Yəni din elm deyildir. Sonda bir iki kəlmə də keçən dəfəki yazımla əlaqədar. O yazıda mən islam dininin ərəblərin dini olduğunu iddia etmişdim və yenə də bu fikirdə qalıram. Gəlin, oxuyaq: İbrahim surəsi, ayə 4: "Biz hər peyğəmbəri öz xalqının dilində göndərdik. Bunu ona görə belə etdik ki, o öz xalqı ilə danışa bilsin". Əgər opponentlərimin dediyi kimi, Quranda onun ümumbəşəri mesaj olduğu haqqında da ayələr varsa, bu, mənim misal verdiyim ayələrin hökmünü aradan qaldırmaz, sadəcə olaraq Qurandakı növbəti ziddiyyətlərdən birinin kəşfinə yol açar. Bir də forumların birində hörmətli ilahiyyat alimlərindən biri mənə yazdığı cavabında Muhamməd peyğəmbərə üsyan qaldırmış Malik İbn Ovfa Muhamməd peyğəmbərin 100 dəvə ilə yanaşı, hakimiyyətdə vəzifə də vəd etdiyini yazmağı nədənsə "unudub". Malik arvad-uşağını əsirlikdən xilas etmək və Peyğəmbərin vəd etdiklərini almaq üçün müsəlman olmuşdur. Təbəri isə bu hadisəni islamda rüşvətin başlanğıcı adlandırır. (Mənbə: Camiu'l-Bəyan fi Təfsir'l Quran, c.10, s.141). Müəllif Təbərinin adını çəksə də, nədənsə, bu rüşvət söhbətinin üstündən sükutla keçir. İslam dininin necə yayılması məsələsinə gəldikdə. Doğrudur, Quranda yazılıb ki, dində zorakılıq yoxdur. Amma Ali İmran surəsi 195-ci ayəni oxuyaq: "…Hicrət edənlər və yurd-yuvalarından qovulanlar, mənim yolumda işgəncə görənlər, müharibə edənlər və öldürülənlər. Mən onların günahlarını əlbəttə ki, siləcəyəm və onları hökmən qızıldan çaylar axan cənnətlərə yerləşdirəcəyəm. Bu, onlara Allahdan bir mükafat kimi veriləcəkdir". Əgər yaddaşım məni çaşdırmırsa, ərəb tarixçilərindən ya Müqəddəsidir, ya da Məsudi, yazır ki, Babək Xürrəmdinlə müharibə etmək üçün Xilafətdə bu çağırışla əsgər toplayırlarmış: "Hərbiyyunda (yəni döyüş bölgəsində, Azərbaycan da buraya daxil idi) Babək adında bir şeytan peyda olub, kim onunla müharibədə şəhid olsa, dərhal cənnətə gedəcək". İndi özünüz təsəvvür edin, Babəkə və başqalarına qarşı islam orduları necə toplanırdı. Başqa bir tarixi fakt. İndi İraq ərazisində yerləşən və islama sitayiş edən Kərkük vilayətinin mərkəzi Süleymaniyyədə tapılmış tarixi sənədlərdən birində o vaxtlar atəşpərəstliyə inanan əhaliyə qarşı ərəb zülmü öz əksini aşağıdakı kimi tapmışdır: "Müqəddəs yerlər yandırıldı. Müqəddəs odlar söndü. Və böyüklərin ən böyüyü gizlinliyə çəkildi. Ərəb zülmü Kərkükdə bütün kəndləri xaraba qoydu. Qadınlar və qızlar əsir aparıldı. Kişilər öz qanlarında boğuldular. Zərdüşt etiqadı təkbaşına buraxıldı. Hörmüzd onların heç birini bağışlamayacaq…"
19 yorum:
bay salam melekum Aqalar ishi muellim hezretleri netersiniz? deyirem bashiniz sakit eee.sen bilmirem neye inanirsan .o nedise ona yalvarki bezi dindarlar senin meqalenin uzunu gormesin yoxsa seni minecekler heqqi deyireem.narahat olama men demerem hesh kime.amma sende biraz diqqetli ola.herden cox shishirdirsen yazmishamda sene bir ikidefe cavab yazmamisan neyse
salam aqa muellim duzu meqalenizden deqiq bir qerara gele bilmedim siz indi neyin terefdarisiz?kecmisi de tebqid edirsiz indiki dovrde dinin veziyyetini de yazilarinizi cox emosional yazirsiniz bir de xahis edirem sonda konkret bir fikir yazin oxuc ucun bu cox vacibdir.
cooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooxxxxxxxxxxxxx ccccoooooooooooooooooooxxxxxxxxxxxxxxxxxxxxxx tupoysan tupoyun tupoyusan savatsiz senden olsa olsa essek otaran olar

agalar cooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooxxxxxxxxxxxxx ccccoooooooooooooooooooxxxxxxxxxxxxxxxxxxxxxx tupoysan tupoyun tupoyusan savatsiz senden olsa olsa essek otaran olar agalar
cooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooxxxxxxxxxxxxx ccccoooooooooooooooooooxxxxxxxxxxxxxxxxxxxxxx tupoysan tupoyun tupoyusan savatsiz senden olsa olsa essek otaran olar agalar
agalar mellim arvadiviz var varsa neciye cixar onsuzda bilmirsen sen ne zibilsen
sizin dedikleriviz muasir elimle uygun gelmir antonim kimi fikriviz eksidi Elmin
sizin biliyiviz cox zeyifdi Ramin
siz dogurdanda tupoysuz
Hansısa Terefi tutmaq lazımdı meger ?- Ona göre bir agacın budagından yapıwmaq ucunmu Dinden bu qeder tez yapıwırsız ? - Baxmayaraq ki,İslam araşdırın ve girin deir. Siz ise Hec qıldıgınız namazda bele ne dediyinizi tercume etmeden yaşayırsız. Atatürkden sitat : Bu insanlara Quranı Kerimi türkçe tercüme etdirdim ki, Belke neye ibadet etdiklerini anladılar... Orxan Mecidli...
Anlamadıgınız şeyler elbet Size anlamsız gelecekdir. Platonun dediyi kimi : Siz Magarada oturub kölgelere baxırsız Ve sizi maraqlandırmır bu kölgeler kimindir... . Agalar memmedov kimi insanlar o magaradan cıxıb Güneşi gören insanlardı. Yaşamadan anlaya bılmeyeceksiz.
aqalar muellim,insan ayilanda bilirki yatibmis.Bu soz sizin yox bir fransiz filosofundur.
Ay Agalar Muellim, gorurem savadli ve arashdiran insansiz, eziyyetinize hormet eliyirem, ama men sizinle razilashmiram!
Arvad sobetin eden qaqawa deyirem ki,men muselmanam,ama sen kimi de muselmandan utaniram,eger arqument qoya bilmirsense,camaatin shexsi heyati ve ozune heqaret etme...bu senin elmi ve dini,exlaqi cehetden zeifliyindi...
Men bu insana cox hormet edirem ve fexr edirem.hemiwe de seminarlarini izliyirem.bir cumlesinnen 1000wey oyrenmek olar. here ozunu bir filosofda tapir. men ozumu Agalar Memmedovda tapmiwam.Fikirleri ise hemiwe faktlara esaslanir!
I'm Glad i came across this blog.Added oxu.blogspot.com to my bookmark!
heqqiqeten de bezi serhler cox gulmelidi. bilirsiz siz neyi niye tenqid uzr isteyirem tehqir edirsiz?
hardan bilesiniz ki, dilinizde hec olsa-olsa bir dene de azerbaycan dilli soz yoxdu. Agalar mellimin fikirleri ile tamam raziyam. bir deki "SOZ"lerine diqqet eliyin eger medeniyyetiniz formalasibsa....
Agalar bey senle raziyam.
İlk növbədə nəzərinizə çatdırım ki, kimin daxili aləmi və şüuru hansı səviyyədədirsə, özünü öz dili ilə ifadə edir - daha kəskin desək, ifşa edir. Din və həqiqət haqqında heç bir dəfə də belə olsun öz düşüncəsi və vicdanı ilə fikir yürütməmiş "əxlaqsız meymunlar" elə atılıb-düşür ki, adamın onlara insan deməyi gəlmir. Amma gəl ki, düşünən bir şəxsi, xüsusən də obyektiv araşdırmaları olan, Azərbaycanın fəlsəfə tarixində sanballı yer tutan bir şəxsi hansı sözlərə layiq görürlər. Qınanılası deyil, yəqin onların daxili dünyasının ən üstün məziyyətləri elə dediklərindən ibarətdir. Burda "əxlaqınızı" göstərməyiniz heç kəsə lazım deyil. Sözünüz varsa, buyurun, yoxdusa,bizim də sizin "əxlaqınıza" dünəndən ehtiyacımız yoxdu
Yorum Gönder