İmadəddin Nəsimi
Şamaxıda doğulub (14-15-ci əsrlər).
Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.”
Nəsimi 3 dildə yazıb. O, öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o. Artıq işlənib hazırlanmışdı.
Fəlsəfəsi: Nəsimidə hər iki qrup – mötədil və ifrat sufilərin təsiri aydın duyulur. Nəsimi Allahı dərk etməklə mövcud çoxluğun heçliyə varması, hər şeyin vahid varlığın təzahürü olaraq qalması fikrinə şərik olur: “Faniyi mütləq olmuşam, Haqlayam, Haqq olmuşam.”
Nəsimi idrakda yəqinliyin elmi, yəqinliyin eyni, yəqinliyin həqiqəti mərhələlərini nəzərdən keçirib. Birincisi, bilik, ikincisi, görmə və üçüncüsü Haqqa çatmaqdır.
Monoteist sufilərin varlıq təliminin əsasında kreatsionizm nəzəriyyəsi durur. Bu, sufi ədəbiyyatda Qurandan götürülmüş “kün! Fə kanə” (Ol! Oldu!) ilə göstərilib. Sonralar bu ehkamın əsaslandırılması üçün bir hədisdən istifadə ediblər: “Mən gizli bir xəzinə idim, istədim ki, tanınım. Ruhları və insanları yaratdım ki, tanınam.” Nəsimi “Ol!Oldu” ifadəsinə kaf (k) ilə nun (n), həmin hədisə isə “Kuntu kənzən” deyə dəfələrlə işarə edib. Lakin həmin ifadələri panteist məzmunda işlədib.
Nəsiminin panteizmini sufilərdən fərqləndirən başlıca xüsusiyyət onun hürufi rəmzlərindən istifadə etməsidir. 28, yaxud 32 hərf, onun mühüm ifadə vasitələrindəndir.
Nəsiminin əsərlərində “Haqq” ilə “cümlə aləm” arasındakı eyniyyət üçün “İnsan” anlayışından istifadə olunur. Belə ki, “İnsan” ən geniş həcmdə “Allah” haqqında, ən zəngin məzmunda isə “cümlə aləm”, yaxud onun təzahürləri haqqındadır. Ən geniş həcmli anlayış olan “Haqq“ ilə eyniləşdirilən “Mən” anlayışına yalnız bütün mövcudatın mütləq məcmusu bərabərdir. Əks təqdirdə, “Mən” hər şeyə şamildir, ona şamil olan isə yoxdur. Allahı təbiətdən ayrı hesab etməyi korluq hesab edir.
Etikası: Nəsimi insanı nə qədər ümumiləşdirib mücərrədləşdirib kosmoloji həddə matdırsa da, onunhəyatda real, etik vəziyyətini, cəmiyyətdə yerini unutmayıb. Onun fikrincə, ürək sıxan üç şey var: Birincisi, yaman qonşu, pis xasiyyətli dost, pis övrət. İkincisi, yalançılıq, qeybət, paxıllıq, ədavət. Üçüncüsü, böhtan, ələ salma, kobud zarafat.
3 yorum:
İmadəddin Nəsimidə panteizm olmayıb. Nə sufizmi bilirsiz, nə də Nəsimini, amma yazırsınız. Nəsimi Hurufi də olmayıb. Sufizmdə olan bəzi fikirləri səsləndirib. Sadəcə olaraq o bunları yazdığı üçün, hamı elə bilib ki, ancaq onda belə fikirlər var. Mötədil və İfart sufilər də olmur. Olur ya təzə başlayan və yetişmiş (İlk və son kurs tələbəsi kimi.)
Nəsiminin dediyi Ənəlhəqq sözü isə panteizm deyil. Bu seyri suluk zamanı qısa müddətli baş verən hallardan biridir. Əgər bu dövr bir qədər uzanarsa, onda insan belə sözlər söyləyə bilər. Spinoza kimi bəzi savadsızlar isə bunu panteizm kimi qəbul edirlər.
Nə isə məsləhətim, bilmədiyinizi yazmayın.
xurafe filosoflar dunyaci filosofara dur!!!!!!! Elimsiz tupoylar
Nəsimi bu gün cəmiyyətə təqdim edildiyindən yüz qat böyükdür.Onu dərk ertmək üçün gərək , bu günün yox, sabahın qabaqcıl astrofiziki olmaq və sabahın mikro zərrələr fizikasını dərin bilmək gərəkdir.Qardaşlar,Sığmazam şerinin heç bir dinə yaxd təriqətə dəxli yoxdur. Onun haqqında söz deməyə yalnız ,ilahiyyatçı, filosof, ədəbiyyaçı, və fizikanın butün sahələrini təmsil edən alimlərin daxil olduğu böyük bir qrupun haqqı çatar.
Nədənsə, kainatın qurluşundan danışan, fiziki terminlərin olmadığı bir dövrdə fikrini izah etmək üçün "fələk mənəm" deməyə məcbur olan şairin "kövnüməkandır ayətim" kəlməsinə fikir verilmir.
Şair özü vurğulayır ki, mən kainat haqqında danışıram, başqa yozum etməyin.
Bu haqda "azenovatr.info"da maraqlı söhbət var.
Yorum Gönder