Azərbaycanlılar və Allah
Xaqani H.
Allah dünya azərbaycanlılarının cəmidir; hər bir azərbaycanlı ayrı-ayrılıqda allahın bir hissəsini təşkil edir. Fəqət bu o demək deyil ki, allah bütün azərbaycanlıların tək-tək riyazi toplamından ibarətdir. Xeyr, allah azərbaycanlıların spontan vəhdətindən yaranan, onu “təşkil edənlərdən” üstün substansdır, “azərbaycanlılıq”dır. Bir azərbaycanlının özünü allahın maliki kimi görməsi, daha doğrusu onu özünün şəxsi mülkiyyəti olaraq dərk etməsinin səbəbi budur. Azərbaycanlı allah deyilən o “külli” varlığın, “azərbaycanlılıq”ın konkret təzahürüdür. Belə olmasaydı müasir azərbaycan dilində “allahımdan razıyam”, “allahıma qurban olum” və.s ifadələrinə rast gəlməzdik. Bu ifadələrdə azərbaycanlıların xarakteristik xüsusiyyətlərindən biri özünü biruzə verir: özünün də bir hissəsi olduğu şeyi bütövlükdə mənimsəmək cəhdi! İstəyir ki, allah tamamən onun olsun, allahı qapı qonşusuna, qohum-əqrabasına, iş yoldaşlarına qısqanır; allahı onların əlindən almağa can atır. Beləcə, azərbaycanlıların simasında yeni panteist anlayış formalaşır. Allah artıq laməkan deyil, qismən dünyadadır, amma əsasən Azərbaycan Respublikasının sərhədləri daxilindədir. XIX əsrin ən böyük ateist filosofu L. Feyerbax deyirdi ki,”allah insanı özünə oxşar yaratmayıb, əksinə insan allahı özünə oxşar yaradıb”. Alman filosofu bu nəzəriyyəsiylə teoloji müstəvidən antropoloji müstəviyə keçirdi. Azərbaycanlıların allah anlayışına nəzər saldıqda görürük ki, L. Feyerbaxın məntiqi sərrastlığı bir tərəfə, bu anlayışda Qədim Yunanın mifik təfəkkürünə xas kozmoqoniyanın əlamətləri də öz təsdiqini tapır. Azərbaycanlıların allahı antropomorfik (insanabənzər, insanbiçimli) xarakter daşıyır və bu “antropos” azərbaycanlıdır. Aərbaycanlının təsəvvüründə allah kişidir, ona “tanrı kişi” deyilir. Həyatın bütün sferalarında patriarxal dəyərlərə söykənən ictimai münasibətlərin yaratdığı azərbaycanlı qadın allahdan, ərindən qorxduğu qədər qorxur. Allah Azərbaycanda adətən qadını görür, kişiyə nisbətən daha çox qadını güdür; atası, qardaşı, yaxud əri kimi… Azərbaycanlı ürəkdən güləndə elə bilir ki, allah da gülür, elə bilir ki öz gülüşü allahın gülüşünün bir hissəsidir. Ağlayanda elə bilir ki, allah da ağlayır, kədərlənəndə elə bilir ki kədəri allahın kədərinin bir parçasıdır. Azərbaycanlının allahı kinlidir, intiqam almağı xoşlayır, gücünü zəiflərin üstündə sınayır, qəddarcasına gülümsəyir. Azərbaycan dilində tez-tez səslənən “allah bütün bunları görür” deyimi əslində real həyatda şahid olduğumuz qonşuların bir-birini, atanın qızını və ya oğulun bacısını güdməsinin, dövlətin öz vətəndaşını daima nəzarət altında saxlamasının təxəyyüldəki inikasıdır. Dövlət hər şeyi görür, ata hər şeyi görür, qonşular hər şeyi görür, nəticədə allah hər şeyi görür. J. P. Sartrın məşhur “mövcudluq mahiyyətdən əvvəl gəlir” postulatı nə demək istədiyimi kifayət qədər açıqlayır. Güclü azərbaycanlı allahda daha çox hökmranlıq əzmini, yerin-göyün sahibliyi, mərhəmətsizlik kimi cəhətləri tapır, buna müqabil zəif azərbaycanlının gözündə allah rәhmli, adil, bağışlayan hökmdardır. Hәr iki halda allah hökmdardır, fәqәt birindә mәrhәmәtli padişah, o birindә isә qәddar müstәbiddir. Ümumiyyәtlә ictimai münasibәtlәrin müәyyәn tarixi mәrhәlәsindә hökmdarlıq institutu meydana gәlmәsәydi insan tәxәyyülündә allah yaranmayacaqdı. Azәrbaycanlıların allah tәsәvvürü dә ictimai münasibәtlәrin inkişaf tendensiyasına müvafiq surәtdә dәyişir. Bu mәnada azәrbaycanlıların allahla münasibәti antropomorfik anlayışın mәntiqi nәticәsi kimi tәzahür edir. Azәrbaycanlı yerinә görә allahdan qorxur, yerinә görә ona yaltaqlanır, bәzәn dә ondan bezir, amma heç vaxt ona qarşı üsyan etmir, necә ki içtimai münasibәtlәr konteksindә üsyan etmir. Orta әsrlәrin başlarında Avreli Avqustin soruşurdu: “allah mәnim harama gәlәcәk?” Allah azәrbaycanlıların instinktindә özünә yer tapıb; yemәk, yatmaq, hәtta seks kimi allaha inam da instinktivdir. Allaha inam, әslindә, azәrbaycanlının özünә-inamının instinktiv stimuludur. Buna bәnzәr fikirlәri F. Nitsşe “Antixrist”dә dilә gәtirmişdi. Allah inancı yaşamaq uğrunda mübarizә şәraitindә möminin әn dәrin qatlarında gizlәnmiş özünü-müdafiә instinkti olduğuna görә, hәqiqәtin, xüsusәn dә içtimai gerçәklәrin danılmasına gәtirib çıxarır. Azәrbaycanlının dünyagörüşündә hәqiqәtә yer yoxdur, çünki allah var. Cәmiyyәtdә әdalәtsizlik yoxdur, allah var; istismar yoxdur, allah var. Bәşәriyyәt yoxdur, allah var. İnsan yoxdur, allah var. Belәcә, allah azәrbaycanlının alter-eqosuna çevrilir. Azәrbaycanlıların allaha yönәlmiş bu instinktiv tәmayülü әslindә allahı “öldürür”. Çünki, A. Kamyunun mәntiqiylә desәk, allaha fasilәsiz baş әymәk onu yox etmәkdir; allaha qarşı arada-bir üsyan etmәk isә onu var etmәkdir. Azәrbaycanlı allahı özünә oxşadaraq mәhv edir.

4 yorum:
Xəqani bəyin yeni yazılarını da oxumaq istərdim. Ümumiyyətlə, sayt ucretsiz blog sistemində qurulubsa daç eladır. Ən azından ona görə ki, Azərbaycanda fəlsəfə ilə bağlı heç bir internet resurs mövcud deyildir. Güman edirəm sayt tədricən daha da zənginləşəcək.
Samir
Azerbaycanda medeniyyetimiz olarag gebul edilen curuklukten bu derece tiksinmeniz meni cox heyecanlandirir.Azerbaycanlilar Allahi ozderine oxsadarag ozderinin Allah olduglarini da fikirlesirler(meselem idareciler , mudurler , siyaset adamlari,mekteb muellimleri ) yazixlar INSANALLAHLIGIN da , ALLAHINSANLIGINDA usyandan torediyini hele derk elemeyibler.
Yaxsi ki,Allah azerbaycanli deyil.
Playtech launches new gaming device in India - JT Hub
JT Hub, 군산 출장샵 the 김제 출장마사지 online gambling hub of JTG 안성 출장마사지 Hub, launched on the 22nd of March 2021. The company is located in Sialapur, India and 고양 출장안마 is 계룡 출장마사지 open 24 hours
Yorum Gönder