Hürufiliyin siyasi və hüquqi ideologiyası


GÖZƏLOVA KAMILƏ

Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar Institutu, «Hüquqi tədqiqatlar» şöbəsi


Azərbaycanda xalq kütlələrinin öz zülmkarlarına qarşı üsyanları və çıxışları bidətçilik bayrağı altında baş vermişdir.Belə hərəkatlardan biri də öz radikal ideyaları ilə diqqəti cəlb etmiş hürufiçilik dini- fəlsəfi və siyasi hərəkatı olmuşdur. Hürufilik mühüm fikir və ideya cərəyanı kimi altı əsr bundan əvvəl meydana gəlmiş, siyasi və hüquqi ideologiya kimi Azərbaycanın hü¬dud¬larını aşaraq Yaxın və Orta Şərq ölkələrində geniş vüsət almışdır.Hürufiliyin siyasi ideologiyası təsadüfi və kortəbii olaraq yaran¬mışdır.Onun meydana çıxması bir sıra ilkin sosial- iqtisadi və ideya şərtləri ilə əlaqədar olmuşdur. Onun formalaşdığı dövr, yəni Azər¬baycanın XIII əsrin sonuna doğru olan sosial- iqtisadi həyatı mərkəzi hakimiyyətin güclənməsi və təsərrüfatın canlanması ilə müşayiət olunurdu. Artıq torpaq və vergi siyasəti nisbətən də olsa qanuni çərçivəyə alınmış, mərkəzi idarəetmə aparatı yaradılmışdı.Monqol istilaçılarının hökmranlığı dövründə başlanan bu siyasət Elxanilərin ilk dövründə qismən həyata keçirilmiş və həmin proses Qazan xanın hakimiyyət dövrünədək davam etmişdir.XIV əsrin əvvəllərində Hülakülər dövlətini iqtisadi və siyasi böh¬randan xilas etmək üçün Qazan xan ciddi addımlar atmışdır.O, yeni islahatlar keçirməklə dövlət gəlirlərinin mütəmadi axımının təmin edil¬məsinə səy göstərmiş, monqol əyanlarının özbaşınalıqlarına son qoymaq məqsədilə ver¬gılə¬rin növündə, miqdarında, toplanması üsullarında və müddətində dəqiq qayda- qanun ya¬ratmışdır. XIII-XIV əsrlərdə Azərbaycanda dünyəvi elmlərin və mədəniyyətin inkişafı və bununla əlaqədar müsəlman Şərqi ölkələrilə yanaşı bəzi Qərbi Avropa dövlətlərinin də Azərbaycana marağının artması hürufiliyin inkişafınının və yayılmasının əsas zəmin¬lərindən biri olmuşdur. Hürufilik yalınz Yaxın və Orta Şərqin deyil, həm də Qərbi Avropanın ideoloji cərəyanlarına bu və ya digər formada daxil olaraq, sosial- iqtisadi və siyasi həyatına, hüquqi dünyagörüşünün formalaşmasına xeyli təsir göstərmişdir.Dini- fəlsəfi və siyasi- hüquqi fikir cərəyanı olan hürufiçilik hələ XIV əsrin axırlarında islamın dini ehkamlarına və teymurilərin hökmranlığına qarşı yönəldilmiş hərəkat kimi yayılmağa başlamışdır.Hürufilik hərəkatı islam dininə münasibətdə onun ehkamlarına qarşı tənqidi mövqe tutmuş, daha dəqiq desək, ona qarşı müxalifətdə olmuşdur.Azərbaycanda hürufiliyin banisi Əl- Hürufi adı ilə tanınan Fəzlullah Nəimi Astrabadi olmuşdur. Məhz Nəimi yaradıcılığının tədqiqi əsasında belə bir nəticəyə gəlmək olar ki, hürufilik ideologiyası Azərbaycanın fəlsəfi, ictimai- sıyasi və hüquqi fikrinin zülmə və istibdada sosial ədalətsizliyə və haqsızlığa qarşı inikasıdır.Hürufilik böyük ideya cərəyanı və möhtəşəm hərəkat kimi ilk dəfə Azər¬baycanın qədim mədəni mərkəzlərindən olan Naxçıvanda və Astra¬badda (Fəzlullah Nəiminin vətənində) yayılmışdır.Hürufilik sosial- siyasi hərəkat kimi, hər şeydən əvvəl, teymurilərə qarşı mübarizədə görkəmli ideoloji rol oynamışdır.Əsarət altında zülm çəkən xalqın mübarizə əzmini artırmaq, onu müs¬təbidə və onun qəddar üsul- idarəsinə qarşı barışmazlıq, itaətsizlik gös¬tərmək və milli istiqlaliyyət qazanmaq ruhunda tərbiyə etmək hürufilik təliminin başlıca məqsədi, idealı olmuşdur. Əsərlərinin məna və qayəsindən bəlli olur ki, Nəiminin sosial- siyasi görüşləri hürufiliyin siyasi- hüquqi ideologiyasını zənginləşdirməklə yanaşı, hakim feodal quruluşunun qüsur¬larının ifşasına, siyasəti yarıtmaz olan səbatsız dövlət başçılarının xalqın mənafeyinə zidd olan idarəçiliyinin tənqid¬ınə, dövrün ədalətsiz qanunlarının cəmiyyətin ümumi inkişaf qanuna¬uyğunluqlarının əksi olmasının aşkar edilməsinə istiqa¬mətləndirilmiş, habelə yadellilərin işğalçılıq və qəsbkarlıq siyasətinə, yerli dövlət məmurlarının zülmünə qarşı çevrilmişdi.Feodal cəmiyyətində hökmranlıq edən zorakılığı və istismarı kəskin ifşa edən Nəimi kütlələri, başında hürufiçilərin durduğu fəal mübarizəyə çağırırdı. Nəimi belə hesab edirdi ki, qorxu və cəhalət pərdəsi xalqın gözləri önündə götürülərsə, onda canlı qiyam ruhu baş qaldırır, o, öz qisasçılarını irəli verərək, mövcud bəlalar dünyasını və zalımları cəzalandırır.Beləliklə, hürufiliyin siyasi və hüquqi ideologiyasının formalaşması və inkişafında onun yaradıcısı kimi xüsusi çəkisi olan Fəzlullah Nəimi öz yara¬dıcılığının bütün dövlərində materialist yönümü ardıcıl panteist mövqe¬lərində dayanmış və onu özünün yeni hürufiçilik cərəyanı nəticə etibarilə panteizmin təkmilləşdirilmiş konsepsiyası kimi çıxış etmişdir. Azərbaycanda Fəzlullah Nəimidən sonra hürufiliyin ən böyük nümayəndəsi dahi alim və filosof, şair- mütəfəkkir Imadəddin Nəsimi (1370-1417) hesab edilir. Hürufiliyin siyasi- hüquqi ideologiyasının inkişaf etdirilməsində, onun Azərbaycandan kənarda- Türkiyədə, Iraqda, Suriyada, Kenıya¬da, Orta Asiya ölkələrində və bir sıra digər müsəlman dövlətlərindən yayıl¬masında əvəzsiz xidmətləri olmuşdur.Nəsiminin yaradıcılığa başladığı dövrdə hürufiçilik artıq geniş yayıl¬mış bir ideologiya idi.Nəsimi yaradıcılığının fəlsəfi, sosial- siyasi və hüquqi məzmunu təkcə Azərbaycanın deyil, Yaxın və Orta Şərqin ictimai- siyasi fikir tarixində mısilsiz bir hadisədir. Görkəmli mütəfəkkirin humanist ideyaları mənəvi mə¬dəniyyətimizin parlaq nümunələridir. Bütövlükdə hürufi ideologıyasından güc almış həmin ideyalar hürufiliyin özünün mükəmməl və sanballı bir təlim kimi istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda inkişafına böyük təsir göstərmişdir. Hürufiliyin siyasi və hüquqi ideologiyası özünün sonrakı inkişafını və daha geniş məkanda yayılmasını Nəsiminin sosial- siyasi görüşlərində və eləcə də yorulmaz fəaliyyətində tapmışdır.Beləliklə, hürufiliyin təhlili göstərdi ki, bu təlim Yaxın və Orta Şərqin deyil, həm də Avropanın ideoloji fikir cərəyanlarını bu və ya digər formada daxil olaraq, onların inkişafına xeyli dərəcədə təsir göstərmişdir.Əsası Fəzlullah Nəimi tərəfindən qoyulmuş və Nəsimi yaradıcılığında daha yüksək zirvəyə çatdırılmış hürufilik hərəkatı təlimi və onun mütərəqqi məzmunlu ideyaları sonrakı dövrlərdə Azərbaycanın bir çox mütəfəkkirlərınin, habelə siyasi- hüquqi fikir cərəyanlarının fəlsəfi, siyasi və hüquqi dünyagörüşünün formalaşmasının ideoloji əsasını xidmət etmişdir.

3 yorum:

Adsız dedi ki...

salam,materiala gore tesekkurler,amma Hurufilik teliminin muddealari haqqinda daha genis melumat elde etmek etmek isterdim

Adsız dedi ki...

burada esasen umumi melumat verilib.Men ise Hurufilik haqqinda bildiklerime elaveler lazimir.Bu ise Hurufiliyin harada,kim terefinden,hansi sheraitde yaranmasi yox,Hurufiliyin megzi haqqinda olsaydi size minnetdar olardim

Unknown dedi ki...

👍tam aradım