Dünya Filosofları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Dünya Filosofları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Miletli Fales




Qədim Yunanıstanda ilk filosof sayılan Miletli Faleslə (b.e.ə. 7-ji əsrin sonu - 6-jı əsrin ilk yarısı) Sokratın (b.e.ə. 469-399) arasında az qala iki əsr keçsə də, fəlsəfədə onlar arasında təlimləri ilə bir-birindən bəzən seçilməyən ən çoxu 10-15 mütəfəkkir mövjuddur. Onların heç biri fəlsəfədə və tarixdə Sokrat qədər məşhur sima, həm də Sokrat qədər xalis filosof olmasalar da, bəşəriyyətin intellektual-mənəvi həyatının zirvə sahəsi olan fəlsəfəni yaradanlardır və bəzilərinin misilsiz uğurları indi də hər kəsi heyrətləndirə bilər. Ən başlıjası, məhz bu mütəfəkkirlərlə sözün indiki anlamında olan fəlsəfə yaranmağa başlamış, fəlsəfə dünyanın dini və mifik izahından ayrılan yeni bir düşünjəni ortaya qoyaraq, elmdən də ayrılaraq müstəqilləşməkdə idi. Biz yuxarıda fəlsəfənin sırf yunan ixtirası olub-olmaması məsələsinə də toxunduq. Belə qənaətə gəldik ki, fəlsəfə, elə elm də daha qədim sivilizasiyaları yaşamış Şərqdən təsirlənərək, eyni zamanda, daha qədim yunanların təfəkküründəki uğurlardan qaynaqlanaraq formalaşsa da, məhz qədim Yunanıstanda dini, mifik, elmi baxışlardan ayrılaraq ayrıja bir intellektual-mənəvi fəaliyyətə çevrildi. Bu yüksək uğuru heç vaxt kiçiltmək olmaz. Sokrata qədərki fəlsəfədə də eyni proseslər gedir, ən müxtəlif qaynaq və uğurlar birləşir, fəlsəfi fəaliyyət və onun nətijələri insan həyatının zərurətinə çevrilir, status qazanırdı.
İlk yunan filosofu Fales həm də alim idi. Həndəsədə adına çıxılan bir çox teoremləri və ölçmələri, o, misirlilərdən və babilistanlılardan əxz etmişdi. Lakin özünün də bir çox tapıntıları vardı: məsələn, sahildən dənizdə üzən gəmiyə qədərki məsafəni oradakı iki müxtəlif məntəqədən müşahi­də aparmaqla ölçmək...
Fales fəlsəfə üçün çox böyük əhəmiyyəti olan bir ideya irəli sürdü. O, hər şeyin sudan yarandığını dedi. Bu fikir indi çoxlarına gülməli də görünə bilər. Lakin Fales bu fikirlə ilkin substansiya anlamını və ideyasını yaratdı. Bununla bütün hər şeyi əhatə edən vahid baxışla dünyanın izah edilməsinə maraq oyatdı. "Bütün şeylər Allahla doludur" - deməklə Falesin dünyanın konseptual izahına jəhdləri dönülməz bir prosesə çevirdiyini iddia etsək, səhv etmərik.

Aristotel



Aristotel,(yunanca: Αριστοτέλης) (e.ə.384 - e.ə.322) - qədim Yunan filosofu.Ərəstu-Bu adla Aristotel yalnız şərq ölkələrində həmçinin Azərbaycanda tanınır.AristotelesAristotel fəlsəfə, məntiq, psixologiya, fizika, biologiya, tarix, etika, estetika və siyasət məsələlərini tədqiq etmişdir. Staqiratda anadan olub (buna görədə na çox zaman “Staqirit” deyirdilər). Platonun Akademiyasında oxuyub. Makedoniyalı İsgəndərin tərbiyəçisi və Afinada Likey fəlsəfə məktəbinin təsisçisi olub. Əfsanəyə görə İsgəndərin ölümündə onun rolu var (Əfsanəyə görə İsgəndərin atası-Makedoniya çarı Fillip Aristotelin ailəsini o uşaq olarkən qırmışdır. Aristotel bununla İsgəndərdən ailəsinin intiqamını almışdır)Hələ Platondan təhsil alarkən Aristotel onun şeylərə münasibətlərdə ideyaların nə isə ilkin olmaları nəzəriyyəsini tənqid edirdi (Bununla əlaqədar Aristotelin dilindən belə bir deyim var- Platon mənim dostumdur amma həqiqət daha vacibdir ). O, göstərirdi ki, belə yanaşma dünyanı nəinki anlatmır, yalnız cismlərin izzahatı lazım gələn kəmiyyəti göstərir. O, hesab edirdi ki, mahiyyəti mahiyyəti olduğu “şeydən” ayırmaq olmaz: əgər şeylər duyğulu dərk edilən aləmdə vardırlarsa, onda mahiyyət ideal axirət aləmində qala bilməz. Aristotel maddi aləmin obyektiv varlığını qəbul edir və hisslərə, anlayışlara və təsəvvürlərə real şeylərin törəmələri kimi baxırdı. Şeylərin mahiyyətini o, şeylərin özündə axtarırdı. Lakin maddədə o yalnız passiv başlanğıc görürdü və bu başlanğıc xüsusi aktiv başlanğıca - “formaya” tabe idi və bütün “formaların forması”nın ən yüksəyi onun fikrincə, Allahdır. Aristotelin materializm və idealizm arasındakı tərədüddləri onun dialektika ilə metafizika arasındakı tərəddüdləri ilə müşhaidə edilirdi. O, təbiətdə və cəmiyyətdə hərəkəti qəbul edib, hərəkətin müxtəlif növlərinin (meydana gəlmə, məhv olunma, inkişafı, azalma, keyfiyyətcə dəyişmə və fəzada dəyişmə) mövcud olmasına işarə edirdi. Ziddiyyətlərin qarşılıqlı əlaqəsini, keyfiyyətli dəyişikliklərin kəmiyyətlərədən asılılığını görür, mümkünlüyün həqiqətə çevrilməsini tədqiq edirdi. Bununla bərabər hərəkətin mənbəyi- “birinci mühərriki” Allahdır və Aristotelə görə O, maddədən kənarda qalır və özü hərəkətsiz qalaraq bütün dünyanı faydalı hərəkətə gətirir. Allah- bütün əşyaların inkişafının sonuncu səbəbi, ən yüksək məqsədidir və bunuda Aristotel entelehiya adlandırırdı. Ümumi ilə ayrının arasında olan nisbəti Aristotel düzgün başa düşmək iqtidarında deyildi.Formal məntiqin inkişafında xüsusilə Nəticələr nəzəriyyəsinin (Sillogizm) işlənməsində Aristotelun böyük elmi sə`yi var.Kosmologiya sahəsində Aristotel Geosentrizm nəzəriyyəsinin tərəfdarı idi. Onun kosmoloji fikirlərini sonradan Ptolomey inkişaf etdirmişdir. Sonralar bu nəzəriyyə Xristian kilsəsi tərəfindən ehkamlaşdırılmışdır.Aristotel öz tədqiqatlarında Biologiyayada yer ayırmışdır. O, 500-dən artıq heyvan növünü təsvir edib onların təsnifatına cəhd göstərmişdir. Aristotela görə həyatın maddəsi vücud forması isə ruhdur. Öz sistematikasında o, heyvanları 3 qrupa bölmüşdür- insan, bitki və heyvan. Aristotel estetikanın tarixində mühüm rol oynayıb incəsənətə gerçəkliyi əks etdirən sahə kimi yanaşmışdır. Bu sahədə o öz müəllimininin-Platonun əsərini (“İdeyalar ideyası” əsərini) tənqid etmişdir. Onun fikrincə bu ideya həqiqi həyatla əlaqəsizdir. Onun fikrincə etika məsələləri insanların ictimai vəziyyətləri ilə sıx əlaqədə baxılmalıdır. O, hesab edirdi ki, səxavət yalnız azad insana aid bir xüsusiyyətdir. Qullar heç zaman səxavətli ola bilməzlər, onlar pozğundurlar. Aristotel qul simasında ağasının “danışan alət”ini görürdü. Buna görədə Aristotel öz ictimai-siyasi və fəlsəfi görüşlərini “ən mükəmməl sistem” olan Quldarlığın möhkəmlənməsinə yönəltmişdi. Nə qədər qəribə görünsədə Aristotel fəlsəfəsinin ikili xüsusiyyəti buradada özünü göstərir. O, Eyni zamanda o quldar ə`yanların əleyhinə çıxış edirdi, beləliklə quldarların ortaq təbəqəsinin ideoloquna çevrilmişdi.Aristotel fəlsəfi fikrin sonrakı inkişafına çox ciddi təsir göstərmişdir. Onun təlimi 2 istiqamətdə- mistik İdealizm və digər tərəfdən Materialist fəlsəfi fikrin inkişafı üçün mənəvi qida mənbəyi olmuşdur. Aristotel Qərb fəlsəfəsinin inkişafı ilə yanaşı Şərq və Azərbaycan fəlsəfəsinə də çox ciddi təsiri olmuşdur.

Karl Popper



Ser Karl Raymond Popper (almanca: Karl Raimund Popper; 28 iyul 1902 — 17 sentyabr 1994) Avstriya və Britaniya filosofu və sosioloqu.Karl PopperKarl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur.1945-ci ildə, “Açıq Cəmiyyət və onun düşmənləri” əsəri ilə, Popper demokratiya və “Açıq Cəmiyyətin” müdafiəsinə çıxır, hakimiyyətin heç bir konfliktsiz devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkşafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin biruzəsi üçün şəraitin labüdlüyündən söz açır.

Karl Marks


Karl Marks (Karl Marx) (5 May 1818 - 14 Mart 1883) alman filosofu və siyasətçisi. Karl Marks "Kommunist Manifesti" və "Kapital" əsərinin müəllifi olmuşdur.
Karl Marks 5 May 1918-ci ildə Almaniyanın Ryine əyalətinin Trier qəsəbəsində dünyaya gəlmmişdir. Orta təhsilinin Trierdə almışdır. Bonn və Berlin universitetlərində hüquq təhsili alarkən tarix və fəlsəfəyə böyük maraq göstərmişdir. Fəlsəfəyə marağı onun Hegelçi-idealist kimi formalaşdırdı. 1841-ci ildə Epikür fəlsəfəsinə dair disertasiyasını müdafiə etdi.
Bu zaman artıq sol hegelçilər və radikal burjuaçılar birlikdə müxalifət yönümlü Rheinische Zeitung qəzetini qurmuşdular. Marks bu qəzetdə fəaliyyət göstərməyə başladı. Marks qəzetin jurnalisti və redaktoru idi. Marksın Prussiya monarxiyasına qarşı tutduğu mövqe tezliklə qəzetin bağlanması ilə nəticələndi.
Sen-Simon, Fourier, Proudhon kimi yazıçıların məqalələrini oxuyaraq Fransız sosializminin dərk etməyə çalışdı. 1843-cü ildə uşaqlıq dostu Jenny von Westphalen ilə evləndi. 1843-cü ildə Parisə köçdü. Fransız-Alman İlliklərini yayımladı (1844). Dərginin bu ilk və tək yayımında, Yəhudi məsələsi adlı yazısıyla siyasi mövqeyini ilk dəfə açıqladı. Elə həmin ildə Engelslə tanış olan Marks humanist fəlsəfə formalaşdırdır. Məhz Engelsin sayəsində onun diqqəti işçi sinifə yönəldi.
Lakin Marksın fəaliyyəti burada da bəyənilmədi və 1845-ci ildə Vorwarts qəzetinin üzvləri ilə birlikdə Brüsselə köçdülər. Bir neçə aydan sonra Engelsin Brüsselə gəlməsi onların ikisinin birlikdə "Alman İdeologiyası" adlı əsərini yazdılar. Bu əsərdə onlar Hegelə və gənchegekçilərə qarşı yönəlmişdilər.
1847-ci ildə Alman emiqrantlarının təşkil etdiyi - "Kommunistlər İttifaqı" adlı cəmiyyətə qoşulur. Bu cəmiyyətin istəyi əsasında 21 fevral 1848-ci ildə məşhur "Kommunist Partiyasının Manifesti"ni tərtib etdilər.
Belçikada 1848-ci ildə baş verən hadisələr Marksın buranı tərk etməsiylə nəticələndi. Marks Kölnə qayıdıb Rheinische Zeitung qəzetinin yenidən nəşrinin bərpa etsədə tezliklə maliyyə və senzura ucbatından qəzet fəaliyyətini dayandırdı.
Yenidən Almaniyadan sürgün edilən Marks ailəsinin dalınca Fransaya gəlsədə buradanda çıxarıldı. 1849-cu ildən sonra ömrünün axırlarınadək Londonda yaşadı.
Bundan sonra Marksın həyatı kasıbçılığ içərisində davam etmişdir. Əgər Engelsin daimi köməyi və Marksın özünün qəzetlərə yazdığı məqalələrin müqabilində aldığı kiçik miqdarda pul olmasaydı Marksı nəinki "Kapital"ı yaza bilməzdi, o acından ölə bilərdi.
1846-cı ildə Karl Marks Beynəlxalq İşçilər Asossasiyasının qurucularında biri oldu. Bu qurum həmçinin Birinci İnternasional kimi tanınırdı. Birinci İnternasionalın çıxışı zamanı veridiyi səhv sonradan bu qurumun parçalanması ilə nəticələndi. 1867-cı ildə "Kapital"ın ilk cildi çıxdı. Bu dövrdə o Fransada bir çox Avropa ölkələrində gedən proseslərə dair əsərlər, işçi partiyalarının proqramlarını yazmışdır. Dürinqə qarşı diskusiyalarda Engelsi dəstəklədi və nəticədə "Anti-Dürinq" əsəri meydana gəldi. Lakin bu əsəri yazarkən Marks xəstələndi.
Karl Marks 1883-cü il 14`Martda 64 yaşında Londonda öldü və "Highgate-Cemetery" qəbirəstanlığında dəfn edildi. Yarımçıq qalmış "Anti-Dürinq" əsəri və "Kapital"ın axırıncı cildi Fridrix Engels tərəfindən tamamlandı.

İmmanuel Kant


Həyatı

Kasıb yəhərçi ailəsində doğulmuşdur. Adı müqəddəs İmmauelin şərəfinə verilmişdir. Teoloq doktor Frans Albert Şulsun təkidi ilə İmmanuel "Fridrixs-Kolleqium" gimanziyasının bitirib, daha sonra Könniqsberq Universitetinə daxil olmuşdur. Atasının vaxtsız vəfatı ona universiteti bitirməyə imkan vermədir və İmmanuel cəmi 10 yaşında ev müəllimliyi etməyə başlayır.
1755-ci ildə Kant dissertasiyasını müdafiə edir və doktoluq dərəcəsini aldığı üçün Universitetdə müəllim kimi dərs demə ixtiyarı əldə edir.
1770-1797-ci illərdə Kant Universitetdə daha geniş sahədə- fəlsəfə elmləri, riyaziyyat elmləri, fizika elmləri sahəsində müəllimlik edir.
Sağlamlığının həssas olması ücbatından o özünü çox ciddi rejimdə işləməyə məhkum etmişdi. Bunun sayəsində o əksər dostlarından daha çox yaşamışdır.
Heç vaxt ailəli olmamışdır.

Fəlsəfəsi, yaradıcılığı

İmmanuil Kant fəlsəfədə çevriliş etmişdir. O, idrakı öz qanunları ilə cərəyan edən fəaliyyət hesab etmişdir. İlk dəfə olaraq fəlsəfədə dərk edilən substansiyanın strukturunu deyil, idrakın predmet və üsulunu müəyyən edən, başlıca amili dərk edilən subyektin spesifikası nəzərdən keçirilmişdir.
Kant qnoseologiyanı əsas fəlsəfə etdi, onun predmeti isə nə təbiət, nə dünya, nə də insan idi. Qnoseologiyanın predmeti subyektin idraki fəaliyyəti, həmçinin insan əqlinin qanunları və onların hüdudularının müəyyən edilməsi hesab olundu. Ontologiyanın (XVII əsr rasionalizm ideyaları) yerinə Kant qnoseologiyanı qoydu, substansiyanın metafizikasından subyektin idraki qabiliyyətinin tənqidi təhlilinə keçdi.
Kantın məşhur əsərləri:
 "Təmiz idrakın tənqidi"
 "Əməli idrakın tənqidi"
 "İdrakın gücünün tənqidi" hesab olunur.
"Təmiz idrakın tənqidi"ndə idrak prosesini təhlil etmiş və apriori (təcrübəyə qədər) bilik anlayışını yaratmışdır.
Kanta görə, xarici aləm hisslər materiyasını verir, lakin bizim əqlimiz həmin materiyanı məkan və zamanda qaydaya salır, eləcə də anlayış hazırlayır ki, həmin anlayışın köməyi ilə biz təcrübəni başa düşürük. Bizim hisslərimizin səbəbi olan dünya özündə şeydir və dərkedilməzdir. Bu dünya, yəni şey özündə məkan və zamanda yerləşmir və substansiya deyildir. Məkan və zaman subyektivdir, onlar subyektin qavrayışı məhsullarıdır (əgər biz mavi eynək taxırıqsa, o zaman bizə hər şey mavi görünür. Biz elə bil əqlimizdə məkan eynəkləri taxırıq və sonra düşünürük ki, məkanda hər şeyi görürük. Beləliklə, həndəsə bu mənada apriordur ki, bütün qavranılan hər şeyin həqiqəti olmalıdır, lakin bizim qavramadığımızın analoji olaraq belə olduğunu qəbul etməyə haqqımız yoxdur. Kantın fikrincə, idrak prosesinin çətinliyi qarşılıqlı olaraq bir–birini rədd edən əql mühakimələri (daha dəqiq desək, antinomiyalar) doğurur. Onların hər biri həqiqi kimi sübut oluna bilər. Kant belə antinomiyalardan 4–nü misal gətirir (onların hər biri tezis və antitezisdən ibarətdir):
 Birinci antinomiya: "Dünya zamanda başlanğıca malikdir və yalnız məkanda məhduddur" (tezis). "Dünya zamanda başlanğıca malik deyil və məkanda sonsuz-dur. O, həm məkanda, həm də zamanda sonsuz"dur (antitezis).
 İkinci antinomiya: sübut edir ki, hər bir mürəkkəb substansiya sadə hissələrdən həm ibarətdir, həm də ibarət deyildir.
 Üçüncü antinomiya: iki növ səbəbiyyət mövcudur; biri təbiətin qanunlarına müvafiq gəlir, digəri azadlığa (tezis); təbiətin qanunlarına müvafiq gələn səbəbiyyət mövcuddur (antitezis).
 Dördüncü antinomiya: sübut edir ki, mütləq zəruri varlıq həm mövcuddur, həm də mövcud deyildir.
Kantın antinomiya haqqında təlimi Hegelə böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, onun dialektikası antinomiyalar yolu ilə qurulmuşdur.
Kantın etikası, yaxud əqlin əməli tətbiqi təlimi "Əməli idrakın tənqidi" və qısa şəkildə desək, "Proleqomenlər" əsərlərində nəzərdən keçirilmişdir. Kantın etikası tarixi– fəlsəfi əhəmiyyətə malikdir ki, burada da "qəti imperativ" mühüm yer tutur. Məsələ burasındadır ki, Kantı əxlaqa utilitar yanaşma təmin etmirdi. Çünki burada əxlaqın məqsədləri onun özündən kənarda hesab olunur. O, tam təcrid olunmuş əxlaq metafizikasını əldə etməyə çalışırdı. Özü də bu əxlaq nə teologiya, nə də başqa bir şeylə şərtlənmir. Kant hesab edirdi ki, bütün əxlaqi anlayışlar öz yeri və mənşəyinə görə əqldə tam aprioridir. Əxlaqi dəyərlər insanın borc hissindən çıxış edərək fəaliyyət göstərdiyi zaman mövcud olur. Həm də borcu tələb etdiyi səviyyədə olan fəaliyyət kifayət deyildir. Tacirin düzlüyü əgər onun marağı ilə şərtlənirsə o, yaxşı hesab oluna bilməz. Əxlaqın mahiyyəti qanun anlayışından çıxarılmalıdır. Qanun əqlin əmridir, əmrin formulu isə imperativ adlanır. Kanta görə iki imperativ var:
 Şərti imperativ (siz filan– filan məqsədə çatmaq istəyirsinizsə, filan– filan işləri görməlisiniz)
 Qəti imperativ apriordur. Qəti imperativ müəyyən fəaliyyət tipi məqsədə münasibətsiz obyektiv olaraq zəruridir.
"Proleqomenlər..."də yazırdı: "Antropologiyaya məxsus olan tam şəkildə empiriklikdən təmizlənmiş təmiz əxlaq fəlsəfənin işlənib hazırlanması olduqca zəruridir..." Əxlaqi qanun mütləq zərurətdir: "yalan danışma" nəsihəti, məsələn, təkcə adamlar üçün gerçəklik deyil, ümumiyyətlə ağıllı canlıların hamısı üçün vacibdir. Deməli, borcun əsasını təkcə insanın təbiətində deyil, yaxud onun sürüldüyü şəraitdə deyil, əksinə, a prioridə sırf şəkildə təmiz idrakın anlayışlarında axtarılmalıdır.
Yalnız bir qəti imperativ var ki, o da Kanta görə aşağıdakı kimidir: "Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası ümumi qanun ola bilsin". Yaxud da "Elə hərəkət et ki, sənin iradənin əxlaq qaydası eyni zamanda ümumi qanun-vericilik prinsipi qüvvəsinə malik olsun". Kant bunu belə aydınlaşdırırdı. Pul borc almaq düzgün deyil. Çünki hamı borc alarsa, pul qalmaz. Beləliklə, qəti imperativ tərəfindən oğurluq, adam öldürmək və s. mühakimə olunurdu. Bu və ya digər hərəkət yalnız o zaman əxlaqi hesab olunurdu ki, bu hamı üçün qanuna çevrilə bilsin. Kantın insanın borcu və ləyaqəti haqqındakı mühakimələri də bununla əlaqədar idi. Belə bir sual verilirdi: insan üçün qiymətli nədir? Ləyaqət, yoxsa həzz? Ləzzətdə, həzzdə keçən həyat heç bir qiymətə malik deyildir. Öz ləyaqətini qoruyan insan hər şeyi, hətta həyatını itirməyə hazırdır. Ləyaqətin mənbəyi və şərhləri nədir? Bu, insanın özünün özü üzərində yüksəlməsidir. İnsan borcunu başa düşərək yaşayır və fəaliyyət göstərir. Deməli, o, həzz xatirinə yaşamır.
Kantın konsepsiyasının təhlilinin sonunda qeyd edə bilərəm ki, o, cəmiyyət haqqında da maraqlı fikirlər söyləmişdir. Onun "Əbədi sülh haqqında" traktatında azad dövlətlər federasiyasının yaradılması ideyası irəli sürülmüşdür. Həmin dövlətlər müharibəni qadağan edən müqavilələr bağlayırlar. Əql müharibəni mühakimə edir, onu aradan qaldırmaq isə Beynəlxalq hökumətin işidir. Ayrı– ayrı dövlətlərin vətəndaş konstitusiyaları respublikaçı olmalıdır.
Kant fəlsəfəsi, Hegel, Fixte, Şiller, Feyerbax və s. klassik alman fəlsəfəsi nümayəndələrinin işlərinə güclü təsir etmişdir.